Uşaq bağçasında yanğın

Masallıda uşaq bağçasında yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı şəhəri, Böyük Xocavar kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində 44 kv.m olan otaqda döşəmə 3 kv.m sahədə yanıb.

Otağın və uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az