06:29
(077) 610-22-33

Bakıda xəstəxana hamilə qadını qəbul etmədi

  • >
494 18 Yanvar 2014 10:31 | Hadisə

Bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzə (keçmiş "Semaşko" xəstəxanası) 1984-cü il təvəllüdlü Şəfiqə Əlabbas qızı İmamverdiyeva adlı ağır vəziyyətdə xəstə gətirilib.

Xəstənin həyat yoldaşının modern.az-a verdiyi məlumata görə xəstəxana həmin qadını qəbul etmir.

"Mənə deyirlər ki, siz Nizami rayonunda qeydiyyatdasınız. Sabunçu xəstəxanasına gedə bilərsiniz. Həyat yoldaşım hamilədir. "Güvən" özəl xəstəxanasında yanvarın 13-də götürülən analizdə heç bir xəstəlik əlamətləri aşkar olunmayıb. Amma ayın 16-da verilən analizdə "Hepatit C"nin əlamətləri aşkar olunub. Buradan bizə söz veriblər ki, xəstəni gətirin qəbul edək.

İndi isə xəstəni qəbul etmirlər. Xəstənin həyatı risk altındadır. Gecə xəstəni böyük risk altında evdə saxlamışam. Hazırda xəstə maşında ağır vəziyyətdədir, hamilələiyin 7-ci ayındadır. O xəstəxanada təcili müayinə olunmalıdır. Əgər xəstədə həqiqətən də "Hepatet C"nin əlamətləri aşkar olunarsa, təcili əməliyyat olunmalıdır".

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahovla əlaqə saxlanıb. "Bizim xəstəxanada bir dənə də olsun boş yer yoxdu. Xəstəni başqa xəstəxanaya aparsınlar. Bizim heç cürə xəstəyə kömək etməyə imkanımız yoxdu. Neyləməliyəm, xəstəni evimə aparmalıyam?! Bizə xəstə gətirməyin"-deyə baş həkimin müavini qəzəbli açıqlama verib.

AzNews.az
Bağla X