04:57
(077) 610-22-33

3 otaqlı mənzildə yanğın baş verib

  • >
260 18 Yanvar 2014 20:11 | Hadisə



AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə paytaxtda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
Yanğın Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X