- Köhnə - Hadisə
- 24 Yanvar 2014 08:51
- 5 124
Orta məktəbdə bədbəxt hadisə: müəllim öldü
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, ölüm faktı Hövsan qəsəbəsində yerləşən 76 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin ibtidai sinif müəlliməsi Tatyana Konstantinovna qəfildən yıxılaraq ölüb.
Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az