11:50
(077) 610-22-33

Turistləri daşıyan gəmi qəzaya düşdü - 21 ölü

  • >
728 26 Yanvar 2014 19:38 | Hadisə


AzNews.az Associated Press - ə istinadən xəbər verir ki, turistləri daşıyan gəmi Benqal körfəzində qəzaya düşüb.

Qəza nəticəsində 21 nəfər həlak olub, əlavə 13 nəfəri isə xilasedicilər sahilə çıxara biliblər.
Hazırda fövqaladə xidmət əməkdaşları qəzaya uğrayan gəmidə qalan 9 nəfərin tapılması istiqamətində işləri davam etdirirlər.

Verilən məlumata görə bütün turistlər Hindistanda yaşayanlardır.

Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Agentliyin məlumatına görə Hindistanda gəmi batması nadir baş verən hadisələrdən deyil. Mütəxəssislərin rəyinə görə bunun səbəbi təhlükəsizlik qaydalarına məhəl verilməməsi və həddindən artıq yükləmələrdir.


Əli
AzNews.az


Bağla X