15:28
(077) 610-22-33

Mədət Quliyevin işçisi tiryəklə tutuldu

  • >
6 146 27 Yanvar 2014 12:11 | Hadisə

Təcridxanaya narkotik maddə keçirmək istəyən Penitensiar xidmətin zabiti xidmətdən azad olunaraq cinayət məsuliyyətinə cəlb edilib.


Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Rəhim oğlu Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1(bir) ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan narkotik maddə "tiryək" aşkar olunaraq götürülüb.

Ədliyyə baş leytenantı Qasımov Cavid Rəhim oğlu Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub.

AzNews.az
Bağla X