11:26
(077) 610-22-33

ABŞ-ın altı ştatında fövqəladə vəziyyət elan olunub

  • >
518 29 Yanvar 2014 21:27 | Hadisə

ABŞ-ın Alabama, Missisipi, Luiziana, Corciya, Şimalı və Cənub Karolina ştatlarında güclü qar və duman üzündən fövqəladə vəziyyət elan olunub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Alabama və Corciya ştatında məktəblilər yolların bağlanmasına görə təhsil müəssisələrində gecələməli olublar.

Pis hava şəraiti ilə əlaqədar olaraq tıxaclar yaranıb. Corciya ştatında minə yaxın yol-nəqliyyat qəzası qeydə alınıb, 1 nəfər ölüb, 104 nəfər xəsarət alıb. 1 500-ə yaxın aviareys təxirə salınıb. Təbii fəlakətin baş verdiyi ərazilərdə bir neçə min istehlakçı elektrik enerjisiz qalıb.


AzNews.az
Bağla X