- Köhnə - Hadisə
- 30 Yanvar 2014 16:00
- 2 765
Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - AKSİYA
AzNews.az xəbər verir ki, şosenin Ağcabədi rayonundan keçən hissəsində yolu bağlayan məcburi köçkünlərin aksiyasına səbəb otlaq sahələrinin zəbt edilməsi olub. Məcburi köçkünlərin sözlərinə görə, otlaq sahələri fermer tərəfindən zəbt olunub.
Bundan başqa kommunal xidmətlərin səviyyəsinin aşağı olmasından, xüsusən elektrik enerjisinin verilməsindəki problemlərdən şikayətlənən məcburi köçkünlər əlaqədar qurumlardan problemlərin həllini tələb ediblər. Etiraz aksiyası 2 saat davam edib və polisin müdaxiləsindən sonra şosedə hərəkət bərpa olunub.
Elnur
AzNews.az