06:04
(077) 610-22-33

Bakıda deputat oğlunun cinayət törətdiyini polis təsdiqlədi

  • >
3 226 1 Mart 2014 11:11 | Hadisə

Milli Məclisin deputatı Ayaz Orucovun oğlunun cinayət hadisəsi törətməsi ilə bağlı xəbər hüquq mühafizə orqanları tərəfindən təsdiqlənib.

Binəqədi rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, hadisə idarə tərəfindən qeydiyyata alınıb.

Cinayət faktının araşdırılması üçün iş rayon polis idarəsinin müstəntiqin icraatına verilib.

Polis idarəsindən o da vurğulanıb ki, tədqiqat davam etdirilir, yekunlaşdıqdan sonra müvafiq istintaq instansiyasına göndəriləcək.

Xatırladaq ki, bu gün bizimyol.info-da deputat Ayaz Orucovun oğlunun bahalı "Mercedes" avtomobilindən yaxınlığından keçən bir şəxsin maşınına tapançadan atəş açması ilə bağlı məlumat yayılmışdı.


Amid
AzNews.az
Bağla X