05:41
(077) 610-22-33

Sürücü maşını səkiyə çırpdı və öldü - FOTO

  • >
696 3 Mart 2014 18:50 | Hadisə

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verən qəza nəticəsində sürücü həyatını itirib.
Gəncə şəhər Baş Polis İdarəsinin məlumatına görə, şəhər sakini 58 yaşlı Sabir Məmmədov "VAZ 2107" markalı avtomobilində hərəkətdə olarkən, idarəetməni itirib və avtomobili yolun kənarındakı səkiyə çırpıb. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Ehtimal olunur ki, sürücü avtomobildə infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az
Bağla X