Metroda həyəcan: Sərnişinlər qatardan çıxarıldı

Bu gün axşam saatlarında metronun "Memar Əcəmi" stansiyasında sərnişinlər qatardan təcili olaraq boşaldılıb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qatarda texniki nasazlıq yaranması ucbatından xoşagəlməz qoxu yaranıb. Qatar "Həzi Aslanov" stansiyasından" "Dərnəgül" istiqamətində hərəkət edirdi. Hadisə saat 22:15-də baş verib.


AzNews.az