15:44
(077) 610-22-33

Uşaqlarınızı bağçalara qoyarkən diqqətli olun- FOTO

  • >
710 17 Mart 2014 10:27 | Hadisə

Bağça rəhbərlərinə vaxt verildi



Cəlilabad şəhərində bir neçə bağçada qidalanmanın dövlət standartına uyğun olmadığı müəyyən edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğunun araşdırılması məqsədilə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı sözügedən bağçaların anbarlarında ərzaq məhsullarının saxlanma rejiminə əməl olunmadan otaq temperaturunda saxlanıldığı, hazırlanan yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarının tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verildiyi aşkar edilib.

AZS 747-2013 standartının tələblərinə uyğun olaraq gündəlik qida rasionuna ət daxil edilməli olduğu halda, 3 saylı uşaq bağçasında hazırlanan yeməklər içərisində ət məhsullarına rast gəlinməyib.
Yoxlamalar zamanı, həmçinin bağçalarda təsdiq edilmiş menyunun olmadığı, yeməklərin texnoloji təlimat və reseptura olmadan hazırlandığı, yuma əməliyyatının mətbəxdə aparıldığı müəyyən edilib.

Bundan başqa yeməklərin hazırlanması zamanı istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları, istifadə olunan ət məhsullarının baytarlıq şəhadətnamələri yoxlamaya təqdim olunmayıb.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

AzNews.az
Bağla X