21:07
(077) 610-22-33

Sabah qar yağacaq

  • >
1 129 27 Mart 2014 12:04 | Hadisə

Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 28-də hava dəyhişkən buludlu olacaq. Güünün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə isti olacağı ehtimalı var.

Martın 28-də Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərəd yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədirəcən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Aran rayonlarında temperaturun gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

AzNews.az
Bağla X