15:31
(077) 610-22-33

Gəmi Təmiri zavodunda dəhşətli qəza: iki nəfər öldü- Yenilənib

  • >
1 290 7 Aprel 2014 14:44 | Hadisə

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisindəki "Xəzər" MMC-də dəhşətli faciə baş verib.

Xəzər Gəmiçiliyindən verilən məlumata görə, "General Əlağa Şıxlınski" kran gəmisinin təmiri zamanı "Xəzər" MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyalarını dəyişiblər. Hazırda hadisə yerində Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və "Xəzər" MMC rəhbərliyinin olduğu söylənilir.

Qeyri-rəsmi məlumata görə, "Xəzər" MMC-nin təsisçiləri SOCAR prezidenti Rövnəq Abdullayev və Xalq artisti Ağasəlim Abdullayevin 2 nəfər ailə üzvünün də öldüyü qəzanın səbəbkarı olan Xaliq Mədətovun atası, QSC sədrinin keçmiş müavini Mübariz Mədətovdur. Xəzər Dəniz Gəmiçiliyi QSC-dən belə bir məlumata malik olmadığını bildirdilər. (axar.az) (16.02)

***

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən "Xəzər" MMC-də dəhşətli faciə baş verməsilə bağlı məlumatlar yayılıb.

Anspress-in məlumatına görə, kütləvi informasiya vasitələrində "General Əlağa Şıxlınski" kran gəmisinin təmiri zamanı "Xəzər" MMC-nin iki fəhləsi gəmilə körpünün arasında qalaraq, dünyasını dəyişməsi haqda məlumat yayılıb.

Hazırda hadisə yerində Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və "Xəzər" MMC rəhbərliyinin olduğu söylənilir.

Hadisə barədə məlumat almaq üçün Su Nəqliyyatında Polis İdarəsilə əlaqə saxladıq. İdarədən anspress-ə verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları ərazidədir.

"Bizə də bu barədə məlumat daxil olub. Əməkdaşlarımız ərazidədir. Hələlik ərazidə nə baş verməsi barədə dəqiq nəsə deyə bilmərik". – deyə idarədən bildirilib.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi"nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

AzNews.az

Bağla X