Bakı Slavyan Universitetində yoxlamalar aparılacaq

Azərbaycan Respublikası Hesablama Palatası Bakı Slavyan Universitetində (BSU) yoxlamalara başlayır.

Hesablama Palatasından AzNews.az-a verilən məlumata görə, qərar qurumun sonuncu Kollegiya iclasında qəbul olunub. Belə ki, iclasda dövlət büdcəsindən Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə dair ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.

Xatırladaq ki, bu ilin martın 1-də ölkə başçısının sərəncamı ilə Kamal Abdulla Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsindən azad edilib, onun yerinə isə Asif Hacıyev təyin olunub. Prezidentin digər sərəncamı ilə Kamal Abdulla Azərbaycanın millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.

Amid
AzNews.az