21:02
(077) 610-22-33

Zaqatalada məktəb binası yandı

  • >
783 16 Aprel 2014 21:53 | Hadisə

Zaqatala rayonunda məktəb binasında yanğın olub.

Fövqaladə Hallar Nazirliyinin(FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə aprelin 16-sı axşam saatlarında rayonun Muğanlı kəndində ümumi sahəsi 2300 kv/m olan məktəb binasında qeydə alınıb.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində məktəb binasının dam örtüyünə çəkilmiş qır 30 kv/m sahədə yanıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMX-də araşdırma aparılır.


AzNews.az
Bağla X