21 yaşlı gənc stadion tikintisində öldü

Ötən gün saat 12 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. Biləcəri qəsəbəsində inşa edilən stadionda 1991-ci il təvəllüdlü rayon, Bayıl qəsəbə sakini Orxan Aftandil oğlu Ramazanzadə qaldırıcı qurğudan yıxılıb.

Binəqədi rayon polis idarəsindən AzNews.az-a verilən məlumata görə, gənc oğlan qurğunu təmir etmək üçün hündürlüyü təxminən 10 metr olan qaldırıcının üstünə çıxıb və oradan yıxılıb. O. Ramazanzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən gənc bir neçə ay əvvəl hərbi xidmətdən qayıdıbmış və çox keçmədən ailəyə kömək məqsədilə işləməyə başlayıb.

Bahadur
AzNews.az