20:45
(077) 610-22-33

Daha bir jurnalistin övladı balkondan düşərək öldü

  • >
1 722 5 Avqust 2014 21:26 | Hadisə

"Şərq qəzeti"nin əməkdaşı, jurnalist Anar Bayramoğlunun ailəsinə ağır itki üz verib.

Belə ki, onun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib. Bu barədə jurnalistin həmkarı Əzizə İsmayılova şəxsi facebook səhifəsində yazıb:

"İndicə aldığım xəbərdən ŞOK oldum. Jurnalist dostum, "Şərq qəzeti"ndə il yarım çörək kəsdiyim, Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib.. Nə deyim, ay Anar, nə deyim ki, təsəlli olsun?!.. Məkanı cənnət olsun deyim-zatən cənnətlikdir..

Aman Allahım, niyə belə? Axı o körpənin günahı nə idi? . Anar, necə çox istəyirdi qızını..Nəfəs alırdı onunla..Torpaq apardı.."

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl tanınmış jurnalist Ayaz Mirzəyevin də 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.

Allah rəhmət eləsin!


AzNews.az
Bağla X