16:54
(077) 610-22-33

İntiqam Əliyevin ofisində təkrar axtarış aparılır

  • >
576 9 Avqust 2014 11:13 | Hadisə

Dünən həbs olunan hüquqşünas İntiqam Əliyevin sədri olduğu təşkilatın ofisində bu gün təkrar axtarış aparılır.



Hafta.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. A.Qasımlı bildirib ki, hazırda Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində yenidən axtarış aparılır.

Qeyd edək ki, dünən hüquq müdafiəçisi İntiqam Əliyev saxlanılaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

AzNews.az
Bağla X