- Köhnə - Hadisə
- 25 Avqust 2014 13:21
- 3 739
Bakıda Gürcüstan vətandaşının avtomobili qaçırıldı
Bakıda Gürcüstan vətəndaşının avtomobilini qaçıran şəxs tutulub.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 18-də Gürcüstan vətəndaşı Divali Aleksandreyə məxsus "Ford" markalı avtomobil qaçırılıb.
Hadisə ilə bağlı gürcü vətəndaşı dərhal polisə məlumat verib. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Nərimanov rayon polis idarəsi 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili aparmış şəxs yaxalanıb. Məlum olub ki, Divali Aleksandreyənin avtomobilini aparan şəxs həmyerlisi, Gürcüstan vətəndaşı Aslan Əhmədovdur. Saxlanılan şəxs Binəqədi rayon polis şöbəsinə təhvil verilib.
Amid
AzNews.az