- Köhnə - Hadisə
- 28 Sentyabr 2014 10:59
- 4 503
Hava kəskin pisləşəcək - Xəbərdarlıq
Həftənin ilk iş günü Azərbaycan ərazisində hava kəskin pisləşəcək, bəzi ərazilərdə intensiv yağışlar yağacaq, güclü külək əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a ə bildiriblər ki, sentyabrın 29-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi proqnozıaşdırılır.
Bakı və Abşeron yarımadasında sentyabrın 29-da havanın temperaturu gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın temperaturu 5-10 dərəcə enəcək. Bəzi ərazilərdə yağış yağacaq, əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 9-12, gündüz 17-20 dərəcə isti olacaq.
Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə öncədən xəbərdarlıq edib.