07:20
(077) 610-22-33

Bakıda 150 minlik maşını sürən sərxoş sürücü həbs olundu - VİDEO

  • >
2 902 5 Mart 2015 10:29 | Hadisə

Gecə Bakıda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib



Ötən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sərxoş sürücülərə qarşı aparılan mübarizə çərçivəsində növbəti reyd həyata keçirib. Tədbir zamanı avtomobili içkili halda idarə edən sürücülər saxlanılıb.

Belə sürücülərdən biri paytaxtın Binəqədi rayonu ərazisində Cəfər Xəndan küçəsində saxlanılıb.

Pənahov Orxan İsmayıl oğlu idarə etdiyi "Rang Rover" markalı avtomobildə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisləri tərəfindən saxlanılıb.


Bundan sonra sürücü tibbi müayinədən keçirilməsi üçün ekspertizaya aparılıb. Sürücünün hadisə yerində olan dostları isə avtomobilin polislər tərəfindən dayanacağa aparılmasına etiraz edərək onlarla mübahisə ediblər.

Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Orxan Pənahovun etdiyi qanun pozuntusuna isə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.

Qeyd edək ki, "Range Rover Sport" markalı avtomobilin qiyməti komplektasiyasından və mühəriyyin həcmindən asılı olaraq 80-150 000 AZN təşkil edir. (ANS)

Bağla X