- Köhnə - Hadisə
- 11 Mart 2015 08:59
- 2 322
Azərbaycanda 2 yük avtomobili toqquşdu - Xəsarət alan var
Azərbaycanda 2 yük avtomobili toqquşub.
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Siyəzən rayonunun Gilgilçay kəndində qeydə alınıb.
"MAN" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə "MAN" markalı yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Yanğınsöndürən-xilasedicilər xəsarət alanı avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər.