22:30
(077) 610-22-33

Ülkər İsayevanı döyənlərin məhkəməsi başladı

  • >
3 041 17 Mart 2015 17:46 | Hadisə

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən qardaşların məhkəməsi başlayıb.



AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, proses qapalı keçirildiyindən jurnalistlər içəridə başverənlərdən hələlik məlumatsızdırlar. Rektorun qızını döyənlərlə bağlı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxmışdı. Hakimin bu qərarından prokurorluq protest vermişdi.

***

Qardaşların işinə ayrı-ayrılıqda baxılır. Onlardan birinin hakimi Səlimxan Mirzəyevdir. Prosesin biri saat 5-də başlayıb, digəri isə 17-30 başlayacaq. Qardaşların hər ikisi məhkəmədə iştirak eləyir. Onları valideynləri müşayiət eləyirlər. Ü. İsayeva isə prosesə qatılmayıb.
Bağla X