- Köhnə - Hadisə
- 18 Mart 2015 14:24
- 2 437
Evdən 48 min manat oğurlayan şəxs tutuldu
Mart ayının 13-də Digah qəsəbəsində yaşayan Tural Hüseynovun evindən 48000 manat və qızıl əşyalar oğurlayan şəxsin kimliyi açıqlanıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bəlli olub ki, hadisəni həmin kəndin sakini Həsən Əfəndizadə törədib.
O, dünən Abşeron RPİ əməkdaşları tərəfindən ələ keçirilib.