Zərdab rayonunda Zərdab Rayon Musiqi Məktəbinin direktoru qəza törədib. Zərdab rayonunda Zərdab Rayon Musiqi Məktəbinin direktoru qəza törədib.

Direktor qəza törətdi - Açıqlama

Zərdab rayonunda Zərdab Rayon Musiqi Məktəbinin direktoru qəza törədib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı rayon sakinlərindən biri deyib.

Məlumata görə, Zərdab Rayon Musiqi Məktəbinin direktoru Nicat Əlifli idarə etdiyi "Mercedes-C" markalı avtomobili "Jiquli" markalı avtomobilə çırpıb.

Nəticədə "Mercedes-C" avtomobili tanınmaz hala düşüb.


Zərdab Rayon Polis Şöbəsindən direktorun belə bir hadisə törətdiyini təsdiqləyiblər.

Polis Şöbəsinin növbətçisi bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma başlanılıb: "Dünən baş verən hadisədə xəsarət alan olmayıb. Hər iki avtomobil polis şöbəsinin həyətində saxlanılır".

Qeyd edək ki, Nicat Əliflinin bundan öncə də rayonda avtomobil qəzası keçirdiyi deyilir.

Lalə
AzNews.az