19:15
(077) 610-22-33

Dərman firmasının rəhbərliyi “Bandotdel”ə aparıldı

  • >
3 116 21 May 2015 13:08 | Hadisə

Bir neçə gün əvvəl maliyyə fırıldağına görə dindirilən “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev yenidən Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıb.



AzNews.az xəbər verir ki, bu dəfə onların saxlanılmasına səbəb heç də Beynəlxalq Bankdan götürdükləri külli miqdarda vəsaitlə bağlı deyil. Məlumata görə, şirkət rəhbərliyinin maliyyə fırıldağı araşdırılarkən keyfiyyətsiz dərman ixracı, eləcə də vergidən yayınmaları ilə bağlı dəhşətli faktlar ortaya çıxıb və bu dəfə onlar məhz bu faktlara görə saxlanılıb. Bildirilir ki, şirkət rəhbərliyi barədə artıq cinayət işi başlanılıb, onların həbsi qaçılmazdır.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Həsən Şərifov və Aqil Quliyevin saxlanılması barədə məlumat yayılmışdı. Bildirilirdi ki, onların saxlanılmasına səbəb Beynəlxalq Bankdan götürdükləri 200 milyon dolların qaytarılmamasıdır. Sonrada həmin şəxslərin dindirildikən sonra sərbəst buraxılması barədə məlumatlar yayıldı.
Bağla X