01:13
(077) 610-22-33

İş adamı köçkün ailəni evindən didərgin salıb - 10 ildir küçələrdə gecələyir

  • >
3 356 1 Oktyabr 2015 16:27 | Hadisə

Azərbaycanda tikinti şirkətlərinin dələduzluqlarıyla bağlı daha bir dəhşətli fakt ortaya çıxıb.


AzNews.az xəbər verir ki, Bakının mərkəzində göydələnlər ucaldan "Kapitol" tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb.

Ailə başçısı Sadıqova Zərqələmin sözlərinə görə, "Kapitol" firmasının apardığı tikinti işləri nəticəsində Nəsimi rayonu Kərpic küçəsi 43 saylı ünvanında yaşadığı mənzilindən məhrum olub: "Düz 10 ildir ki, iki uşağımla küçələrdə gecələyirəm. Yaşadığım evin yanında "Kapitol" firması hündürmərtəbəli bina tikdirdi. Onlar əvvəlcə evimin bünövrəsini zədələdilər, sonra işığım, suyum kəsildi. Onlardan şikayət etdim. Bundan sonra şirkətin rəhbəri Səfərov Abbas Tofiq oğlu gəlib dedi ki, bina tikilib qurtarana qədər evi tərk edək ki, onlar işlərini rahat görsünlər. Və sonda yaşadığım evə dəyən ziyan ödənilsin. Biz aramızda öhdəçilik müqaviləsi bağladıq. Razılığa əsasən evdən çıxdığım müddətdə, mənə kirayə ev tutmalı və pulunu da ödəməliydi. Aramızda müqavilə bağlandıqdan sonra men evdən çıxdım. Bir müddətdən sonra məni kirayə qaldığım evdən pulumuzun verilməməsinə görə çıxardılar. Həmin vaxt evimə baxmaq üçün gələndə gördüm ki, o tamamilə sökülüb. Və məlum oldu ki, "Kapitol" evimi sökməklə yanaşı hətta o torpağı da özəlləşdirərək yerində yeni binanın bünövrəsini qazdırır".

Bundan sonra əlacsız qalan məcburi köçkün bütün aidiyyəti qurumlara, eləcə də
məhkəməyə müraciət edib: "Bütün məhkəmələr bizim xeyrimizə qərar çıxarsa da firma rəhbərliyi buna əhəmiyyət vermir. Son olaraq Xətai rayon Məhkəməsinin 20.10.2011-ci il tarixli qətnaməsi ilə "Kapitol" firması ailəmizi Nəsimi rayonunda iki otaqlı müvafiq yaşayış sahəsi ilə təmin etməyi qərara alınıb. Amma bu günə kimi firma rəhbəri Səfərov Abbas Tofiqoğlu məhkəmənin qərarını yerinə yetirmək istəmir. Bu səbəbdən Xətai rayon Məhkəməsinin çıxardığı qərarı yerinə yetirmək üçün firmanı yenidən Nəsimi rayon Məhkəməsinə vermişik. Hazırda firmaya qarşı cinayət işi açılıb. Bu ilin avqustun 18-dən prosesə start verilib".

Qeyd edək ki, adıçəkilən Abbas Səfərovun dələduz əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar gedib. Onun haqqında bir neçə dəfə cinayət işinin açılması, məhkəmə çəkişmələri barədə yazılar dərc olunub.

__
Qeyd: Yaxın günlərdə şirkət rəhbərinin köçkün ailənin başına açdığı oyunların təfərrüatını, onun aidiyyəti qurumları necə aldatmasının detallarını, eləcə də dələduzluq yolu ilə əldə etdiyi sərvətlərin şok siyahısını təqdim edəcəyik.

Sevinc Yasinqızı
Bağla X