15:35
(077) 610-22-33

Olimpiya Oyunları başladı: Möhtəşəm açılış mərasimdən - Fotolar + Video

  • >
5 910 6 Avqust 2016 09:51 | İdman

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının açılışı olub.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Olimpiya məşəlini yandırmaq şərəfi 2004-ci il Afinada keçirilən Olimpiya Oyunları zamanı bürünc medal qazanan Vanderley Kordeyrə nəsib olub.

Rəngarəng şou və 207 ölkə idmançısının paradından sonra beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bah və "Rio-2016"nın prezidenti Karlos Artur Nuzman tribunaya qalxaraq tədbirdən bəhs edib, təşkilatçı ölkəyə minnətdarlıqlarını ifadə edib. Keniya olimpiya çempionu Kipçoqe Keyno olimpiya hərəkatına verdiyi töhfəyə görə Bah tərəfindən mükafatlandırılıb.

Bundan sonra Braziliya prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Mişel Temer Rio-de-Janeyroda Olimpiya-2016-nın açılışını elan edib. Ənənəvi Olimpiya andını yaxtacı Robert Şeydt oxuyub.

Qeyd edək ki, bu, Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunlarıdır. Olimpiya-2016 avqustun 5-dən 21-dək davam edəcək.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq.

Aydan AXUNDOVA










Bağla X