AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla tanınmış hakim Anar Salmanovun qalmaqalı davam edir. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla tanınmış hakim Anar Salmanovun qalmaqalı davam edir.

“Onun özü cadugərdir” - Xaqani Məmmədovdan ittihamlara cavab (Müsahibə)

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla tanınmış hakim Anar Salmanovun qalmaqalı davam edir.


Xaqani Məmmədov AzNews.az-ın əməkdaşıyla söhbətində A. Salmanovun saytımıza verdiyi MÜSAHİBƏdə səsləndirdiyi ittihamlara cavab verib.

- Xaqani müəllim, AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov "Neftçi" ilə oyunda hakimlərdən narazılıq etmişdi. Bildirmişdi ki, "bizi qəsdən uduzdurdular, hakimlər yersiz müdaxilələrlə bizə qarşı qərəzli mövqe ortaya qoydular və qələbə qazanmağımıza imkan vermədilər". Bununla bağlı sizin fikrinizi bilmək maraqlı olardı.

- O, klub rəhbəridir, təbii ki, bu məsələdə maraqlı tərəfdir. Hesab 0:0 olan zaman vurduqları qol qeydə alınmadı. Bu, hakimin səhvi idi. O demək deyil ki, AZAL-ı qəsdən uduzdurdular. Hakim də səhv edə bilər.

- Bəs şikayətlərinin əsas səbəbi nədir?

- Dediyim kimi, onun haqqı var. AZAL-ın vurduqları qol qeydə alınmayıb. Şikayət etməyə də əsasları var.

- Fikrət Hüseynov həmçinin deyib ki, Xaqani Məmmədov bu məsələni ört-basdır eləmək üçün nəsə fikirləşəcək. Bilmək olar, nə fikirləşəcəksiniz?

- Xeyr, biz heç nə fikirləşmirik. Kimin günahı varsa, səhvi varsa cəzasını alır. Heç nəyi ört-basdır etmirik. Buna çalışmırıq da… Hakimin səhvi var və o, cəzalanacaq.

- AZAL klubunun vitse-prezidenti oyunun hakimi Ramil Diniyevlə bağlı da şikayətini dilə gətirib. Deyib "gözünün qarşısında olan epizodu görmürsə, bu adamı meydana niyə buraxıblar?" Doğrudan da Ramil Diniyev qərəzli mövqedəydi?

- Biz mütəxəssislərlə hər bir epizodu analiz edirik. Həmin epizodla bağlı da qəti əminliklə deyə bilmərik ki, qəsdən səhv edib. Burada başqa bir səbəb olub. Baş hakim vurulan qolu qeydə almayıb.

Heç kim sübut edə bilməz ki, qol qapı xəttini keçib ya keçməyib.

Kamera qapı xəttində quraşdırılmayıb. Orada insan dayanıb və diqqətlə epizoda baxıb. Onun səhv ya düz qərar verdiyini dəqiq deyə bilmərik. Başqa bir epizodda da vurulan düzgün qol qeydə alınmayıb.

- Xaqani müəllim, müsahibəyə başlamazdan əvvəl Anar Salmanovla olan problemlə bağlı danışmaq istəmədiyinizi dediniz. Niyə o mövzudan qaçırsınız?

- Əslində mən hansısa səviyyəsiz adamın səviyyəsinə düşüb onun haqqında danışmaq istəmirəm. Mənim onunla heç bir problemim yoxdur. Xəstə təxəyüllü insanlar haqqında danışmaq mənə yaraşmaz.



- Amma elə ittihamlar var ki, futbol cameəsinin adamları onlara sizdən cavab gözləyir. Məsələn Anar Salmanov bildirir ki, FİFA referisi siyahısına onun adını qəsdən salmamısınız.

- Əvvəlcə onu qeyd edim ki, FİFA referisi siyahısını mən vermirəm. Namizədliyi biz veririk. Ona da 2 il ard-arda güzəşt edilib, adı verilib. O ki, qaldı onun adının getməməyinə… Bu sualı özünə versin. Premiyer liqa oyununu idarə etmədiyi halda onun adını həmin siyahıda necə verə bilərik? Onun savadı yoxdursa biz nə edək?

- Anar Salmanov bizə müsahibəsində bildirib ki, "Xaqani Məmmədov mənim və bir neçə hakimin çörəyinə bais olub".

- Bu, alverçi söhbətidir. Biz heç kimin çörəyinə bais olmuruq. Normal işləyərdi, oyunlarını idarə edərdi.

- Bundan əlavə bildirib ki, "Xaqani Məmmədovun qardaşı cadugərdir, bəlkə də Ramin Musayevə cadu edib ki, o, yanından çəkilməsin" . Qardaşınız nə işlə məşğuldur?

- Bu, həyasızlığın son həddidir. Mənim qardaşım ali savadlı müəllimdir, gözəl ədəbiyyatçıdır. O, yəqin özüylə mənim qardaşımı səhv salıb. Buna görə də öz cəzasını alacaq. Bu barədə başqa heç nə demək istəmirəm.

Aygün İLQARQIZI