Olimpiya çempionları Rioda keçirilən olimpiadada erməni idmançısına uduzaraq bürünc medal qazanan Rəsul Çunayevə dəstək olublar. Olimpiya çempionları Rioda keçirilən olimpiadada erməni idmançısına uduzaraq bürünc medal qazanan Rəsul Çunayevə dəstək olublar.

Olimpiya çempionlarından Çunayevə dəstək - Foto

Olimpiya çempionları Rioda keçirilən olimpiadada erməni idmançısına uduzaraq bürünc medal qazanan Rəsul Çunayevə dəstək olublar.


AzNews.az xəbər verir ki, keçmiş güləşçilər Fərid Mansurov və Namiq Abdullayev Rəsul Çunayevə dayaq olublar. Üçlüyün birlikdə çəkilmiş fotosunu Fərid Mansurov sosial şəbəkədə paylaşaraq "#BirlikdəGüclüyük!" haştaqını işarələyib. Mansurov həmçinin "Təşəkkürlər Rəsul!!" sözlərini də əlavə edib.

Qeyd edək ki, Rəsul Çunayev finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu, onun finala çıxmasına kifayət etməyib - 1:4. R.Çunayev bürünc uğrunda isə cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

Aygün İLQARQIZI