06:04
(077) 610-22-33

Mançini “Mançester Yunayted“i favorit sayır...

  • >
4 161 8 Dekabr 2012 13:05 | İdman

Sabah "Mançester Yunayted"lə qarşılaşacaq "Mançester Siti" cəbhəsində tam fərqli bir atmosfer hökm sürür.

İkincilərin baş məşqçisi olan italiyalı Roberto Mançini, derbi öncəsi keçirdiyi mətbuat konfransında maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, bu matçın favoriti "Mançester Yunayted"dir:

"Mançester Yunayted" ötən ilə nisbətən heyətini xeyli gücləndirib. Robin Van Persi və Şinci Kaqava çox önəmli futbolçulardır. Bizim də yüksək səviyyəli futbolçularımız var. İki ildir bir yerdə çıxış edirlər. Bu oyunun favoriti "Mançester Yunayted"dir. Ancaq sabahkı oyuna 3 xal üçün çıxacağıq. Məğlub ola da bilərik. Əsas hər zaman zirvələrdə qalmaqdır".

AzNews.az
Bağla X