Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”u çalışdıracağı haqda növbəti iddia ortaya çıxıb. Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”u çalışdıracağı haqda növbəti iddia ortaya çıxıb.

Prosineçki “Bursaspor” keçir?

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”u çalışdıracağı haqda növbəti iddia ortaya çıxıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri Türkiyənin “Fanatik” qəzeti yayıb.

Bildirilir ki, klub artıq Prosineçki ilə razılıq əldə edib və xorvatiyalı mütəxəssis gələn mövsümdən Bursa təmsilçisini çalışdıracaq.

Xatırladaq ki, bu ilin yanvar ayında “Bursaspor” Prosineçkini baş məşqçi vəsəfəsinə gətirmək istəsə də, o, müqaviləsinin sonuna qədər millimizi tərk etməyəcəyini bildirmişdi.

2014-cü ildə millimizlə 3 illik müqavilə imzalayan 48 yaşlı məşqçinin sözləşməsi bu ilin dekabrında başa çatacaq.