14:14
(077) 610-22-33

“Barselona” yeni baş məşqçisini seçdi

  • >
2 705 7 May 2017 13:13 | İdman

“Barselona” yeni baş məşqçisini müəyyənləşdirib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Jordi Mestre məlumat verib.

Qeyd edək ki, hazırkı baş məşqçi Luis Enrike mövsümün sonu komandadan gedəcəyini açıqlayıb.

“Biz onu əvəz edəcək məşqçini tapmışıq. Amma həmin mütəxəssisin adını Luis Enrikeyə hörmət əlaməti olaraq indi açıqlamırıq” – deyə o bildirib.

Qeyd edək ki, “Barselona”nın baş məşqçisi vəzifəsinə namizədlər arasında Luis Enrikenin köməkçisi Xuan Karlos Unsue, Arneste Valverde (“Atletik”) və Ronald Kumanın (“Everton”) adları var. Komandanın futbolçularının Xuan Karlos Unsuenin namizədliyini dəstəklədikləri iddia edilir.

Bağla X