- Köhnə - İdman
- 13 May 2017 19:41
- 2 876
Boksçumuz 1/4 finalda
Azərbaycan millisinin daha bir boksçusu IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
AzNews.az xəbər verir ki, 21 yaşlı boksçu Məsud Yusifzadə 1/8 final çərçivəsində baş tutan görüşdə türkiyəli Ömər Koçla üz-üzə gəlib.
Döyüş 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusifzadənin qələbəsi ilə başa çatıb. Gənc boksçu rəqibini 5:0 hesabı ilə məğlub edib.
Boksçumuz 1/4 finalda Abrorjon Kodırovla (Özbəkistan) qüvvəsini sınayacaq. Bu qarşılaşma mayın 16-da keçiriləcək.