12:45
(077) 610-22-33

Renat Dadaşovun Almaniyada növbəti uğuru

  • >
2 086 16 May 2017 23:33 | İdman

Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən millimizin hücumçusu Renat Dadaşov əsas komandada oynaya bilər.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu, bundesliqanın sonuncu turunda "Leyptsiq"lə matçda mümkündür.

Komandanın əsas hücumçusu Aleksander Meyer zədələndiyi üçün Frankfurt klubunun baş məşqçisi Niko Kovaç onun əvəzinə gənc futbolçulara şans verməyi düşünür.

Onların arasında Renat Dadaşovun olması da mümkündür.

Qeyd edək ki, N.Kovaç yay toplanışında aşağı yaş komandalarından bir neçə futbolçunu əsas heyətə cəlb edəcək. Həmin futbolçular sırasında Renat Dadaşovun da adı var.

Əlavə edək ki, "Ayntraxt" - "Leyptsiq" görüşü mayın 20-i keçiriləcək.

Bağla X