12:41
(077) 610-22-33

Final matçının vaxtı dəyişdi

  • >
1 092 19 May 20:42 | İdman

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol komanlarının final matçının vaxtı dəyişdirilib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət futbol üzrə Azərbaycan və Oman komandaları arasında 21 may tarixində baş tutacaq finalın keçirilmə vaxtı dəyişdirilib.

Oyun həmin gün saat 20:00-da deyil, saat 21:00-da keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bağla X