Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub. Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.

Kişilərdən ibarət komandamız yarımfinala vəsiqə qazanıb

Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.

Trend-in məlumatına görə, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.

Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.

İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.

Yarımfinal görüşləri mayın 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

AzNews.az