20:15
(077) 610-22-33

Qadın basketbolçularımız çempion oldular - İslamiada

  • >
1 524 21 May 2017 20:37 | İdman

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında basketbol 3x3 yarışının final görüşündə qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, milli komandamız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışda Azərbaycan millisi birinci, Mali yığması ikinci, Türkiyə komandası isə üçüncü yeri tutublar.

Xatırladaq ki, qrup mərhələsində uğurla çıxış edən Azərbaycanın qadın basketbolçuları dörddəbir finalda İndoneziyanı 20:9 hesabı ilə məğlubiyyətə uğradıblar. Komandamız yarımfinalda Türkiyə yığmasına 17:7 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Bağla X