Sauber komandasının rəhbəri Monişa Kaltenbornun vəzifəsinə xitam verilib. Sauber komandasının rəhbəri Monişa Kaltenbornun vəzifəsinə xitam verilib.

Bakıda şok qərar: Kaltenborn Sauber-dən ayrılıb?

Sauber komandasının rəhbəri Monişa Kaltenbornun vəzifəsinə xitam verilib.

AzNews.az F-1.az-a istinadən xəbər verir ki, hindistanlı rəhbər Sauber komandasına 2000-ci ildə gəlmiş və 2010-cu ildə Piter Zauberin BMW ilə bağladığı müqavilədən sonra idarə heyətinin rəhbəri olmuşdu. Kaltenborn eyni zamanda komandanın səhmdarı idi və 2012-ci ildə Piter Zauberin ayrılmasından sonra Sauber komandasının rəhbəri olaraq, Formula1 tarixində ilk qadın komanda başçısı statusunu qazanmışdı. Bakıya yaxşı nəticəyə ümid edərək gələn Sauber komandası şok xəbər alıb və Monişa Kaltenbornun vəzifədən uzaqlaşdırıldığı məlum olub. Beləliklə, isveçrəlilər Azərbaycan Qran Prisində komanda rəhbəri olmadan yarışmalı olacaqlar.

Xatırladaq ki, İsveçrə təmsilçisi Kaltenbornun rəhbərlik etdiyi ilk mövsümdə 3 podium qazanaraq, mövsümü 6-cı yerdə bitirmişdi. Növbəti mövsümdə isə Toro Rosso və Williams kimi komandaları qabaqlayaraq, 7-ci olmuşdular. Sauber komandası 2014-cü ili xalsız sonuncu yerdə, 2015-ci ili 36 xalla 8-ci, 2016-cı ili isə 2 xalla 10-cu yerdə başa vurmuşdu. Bu mövsümə də pis başlayan isveçrəlilər keçən ilk 7 yarışdan yalnız birində xal qazana biliblər.