Bu gün 2017 Formula 1 Azərbaycan Qran Prisində pilotların sıralanma turu baş tutdu. Bu gün 2017 Formula 1 Azərbaycan Qran Prisində pilotların sıralanma turu baş tutdu.

"Sıralanma belə də olmalı idi" - Hamilton

Bu gün 2017 Formula 1 Azərbaycan Qran Prisində pilotların sıralanma turu baş tutdu.

AzNews.az xəbər verir ki, yekun nəticəyə görə ilk iki yeri Mersedes pilotları Hemilton və Bottas tutdu. Üçüncü isə Ferrari pilotu Kimi Raykkonen oldu.

Son sessiyadan sonra ilk 3 yeri tutan pilotların mətbuat konfransı oldu. Pilotlar jurnalistlərin sualarını cavablandırdılar.

Hemiltonun sözlərinə görə, o, bu nəticəni öncədə gözləyirdi:

"Bu mənim il ərzində keçdiyim ən həyəcanlı sıralanma turu idi. Mən ən yaxşı nəticəni ilk dairədə də göstərə bilərdim. Son dairədə səhv buraxdım. Şinləri lazımi temperatura kimi qızdırmaq elə də asan deyil. Mən getdikcə sürətimi artırırdım. Son döngəyə yaxınlaşdıqda isə mən düşünürdüm - kaş poul üçün lazımi sürtə yığa bilim. Buna görə, mən hazırda çox sevincliyəm."

Bottas isə poula çox böyük ümid bəslədiyini bildirdi:
"Nəticəyə görə çox məyusam. Dairənin sonluğunu mükəmməl keçə bilmədim. Qabaq şinlərn temperaturunda problemlər yaşadım. Luis dairəni çox uğurla keçdi. Buna baxmayaraq, ikinci yer heç də pis nəticə deyil."

Rakkonen isə şinlərdən narazılıq edib:

"Şinlər gah işləyirdi, gah da yox. Xoşbəxtlikdən, son dəstdə mən şinləri qızdırmağı bacardım və maşını hiss edirdim. Buna baxmayaraq, nəticəm idealdan çox uzaqdır."

Fəridə Abdullayeva

AzNews.az