- Köhnə - İdman
- 20 İyul 2017 23:52
- 3 324
"Zirə" və "İnter" mübarizəni dayandırdı
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
AzNews.az xəbər verir ki, turnirdə mübarizə aparan təmsilçilərimizdən "Zirə" və "İnter" mübarizəni dayandırıb.
“Dalğa Arena”da keçirilən "Zirə"-"Astra" oyununda qol vurulmayıb. İlk oyunda "Zirə" 3-1 hesabı ilə məğlub olub.
“İnter” isə Lüksemburqda "Fola" ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Halbuki, ilk oyunda "İnter" minimal hesablı qələbə qazanmışdı.