Macau Grand Prisində ilk dövrədəcə zəncirvari qəza baş verib. Macau Grand Prisində ilk dövrədəcə zəncirvari qəza baş verib.

Makau Grand Prisində milyonluq qəza - 12 maşın toqquşdu (Video)

Macau Grand Prisində ilk dövrədəcə zəncirvari qəza baş verib.

AzNews.az xəbər verir ki, qəza nəticəsində 12 yarış avtomobili toqquşub.

Sürücü Daniel Juncadella ilk dövrədə baryerə ilişib. Nəticədə arxasında olan avtomobillər də döngə çox dar olduğuna görə bir-birinin arxasıyca toqquşub.

Xoşbəxtlikdən sürücülərdən heç biri xəsarət almayıb. Bu qəzadan yalnız 4 avtomobil pit stopdan sonra yarışı davam etdirə bilib.

Kvalifikasiya turunda Mercedes-AMG GT3 sürücüsü Edoardo Mortara poul qazanıb.

Qeyd edək ki, bu trasda mütəmadi olaraq qəzalar baş verir. Ötən gün motoyarışçı 31 yaşlı Daniel Hegarty həyatını itirib.