- Köhnə - İdman
- 23 May 2018 22:47
- 4 679
"Qarabağ"ın oyunçusu Türkiyə mətbuatında
Türkiyə mətbuatı “Qarabağ”ın yarımmüdafiəçisi Donald Geryenin istirahətinə görə Argentina millisi ilə yoxlama oyunundan imtina etməsindən yazıb.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, “Milliyət” qəzetində “Messini saymadı, Mayamini seçdi” başlığı ilə gedən yazıda Geryenin 1400 dollara otel sifariş etdiyi üçün Haiti millisinin heyətində Lionel Messiyə qarşı oyuna çıxmaq istəmədiyi qeyd olunub. Türkiyəli jurnalistlər Geryenin adi bir otel sifarişi üçün Messi kimi ulduzla qarşılaşmadan imtina etməsininin təəccüblə qarşılandığını bildiriblər.