Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantaki həbs olunub. Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantaki həbs olunub.

Qana Futbol Federasiyasının prezidenti həbs olundu

Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantaki həbs olunub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, milli asossiasiyanın rəhbəri ölkəsinə gedərkən hava limanında saxlanılıb.

Daha əvvəl Qana prezidenti Nana Akufo-Addo K.Nyantakini dələduzluqda ittiham edərək, hüquq-mühafizə orqanlarını onun barəsində araşdırma aparmağa çağırmışdı. Məlumata görə, K.Nyantakinin Qana prezidenti və digər yüksək vəzifəli məmurların adından istifadə edərək, rüşvət almasını əks etdirən video-görüntülər var. Həmin görüntülər iyunun 6-da Qana futbolundakı korrupsiya halları ilə bağlı efirə gedəcək sənədli filmdə yer alacaq.

Qeyd edək ki, 2005-ci ildən Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantaki FIFA Şurasının üzvüdür.

AzNews.az