- Köhnə - İdman
- 17 Avqust 2018 10:32
- 5 570
Zabit Səmədovdan möhtəşəm qələbə - Video
Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə qarşılaşıb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə Çeçenistanın paytaxtı Qroznıda baş tutan döyüş Zabitin qələbəsi ilə yekunlaşıb.
Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunub.
AzNews.az