Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirə start verilib. Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirə start verilib.

Bakıda "GymBala" adlı beynəlxalq turnir keçirilir - Foto

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirə start verilib.

AzNews-un məlumatına görə, iki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcəklər.

Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, "Zirvə" İdman Klubu, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən olan ümumilikdə 130-dan çox gimnast da iştirak edəcək.

image description image description