03:51
(077) 610-22-33

Futbolçular it qovdular

  • >
236 12 May 2013 20:46 | İdman

Türkiyə çempionatında maraqlı anlar yaşanıb



Türkiyə Super Liqasının "Antalyaspor" - "Orduspor" oyununda stadiona daxil olan küçə iti tamaşaçılara maraqlı anlar yaşadıb. Qarşılaşmanın 86-cı dəqiqəsində qəfildən meydana girən və haradan gəldiyi bilinməyən it qarşılaşmanın dayanmasına səbəb olub.

Futbolçular da meydanda top əvəzinə iti qovmağa başlayıblar. Amma bu o qədər də asan başa gəlməyib. Nəhayət itlərin topa olan marağından istifadə edən stadion işçiləri futbol topu ilə iti meydanın kənarına çəkməyə çalışıblar.

Topa doğru hücum edən küçə itini "Antalyaspor"lu futbolçu Dəniz tutaraq meydança işçilərinin köməyi ilə stadiondan çıxarıb.

AzNews.az
Bağla X