06:35
(077) 610-22-33

“Psixoloji müharibə aparmaqdan yorulmuşam”

  • >
3 156 29 May 2013 08:41 | İdman

“Oyun maraqlı və gərgin alındı. Əlbəttə ki, kubokun finalında qalib gəlmək xoşdu. Ancaq oyundan sonra yaşananlar belə bir mübarizəyə yaraşmadı”





Güloğlan Cabbarov açıqlamasında insidentə Toşakın səbəb olduğunu bildirib:

"Matç bitəndən sonra "Xəzər Lənkaran"ın baş məşqçisi Con Toşak qapıçımızı təxribata sürüklədi. Ardınca oğlu başda olmaqla, digərləri də futbolçularımıza təzyiq etdilər və insident böyüdü. Mən komandanın rəisiyəm və çaxnaşmaya müdaxilə etməyə bilməzdim. Məqsədimiz aranı sakitləşdirmək, böyüməkdə olan insidentin qarşısını almaq idi. Amma hansısa əcnəbinin və özüylə gətirdiklərinin bayram günündə eyni xalqın nümayəndələrinin arasına nifaq salması faktdı. Bu "böyük oyun" bayram ab-havası ilə yekunlaşmalıydı. Bura komandaya uğur qazandırmaq üçün gətirilən təcrübəli məşqçi hamının əhvalını korladı.

Sonda "ağ-qaralar"ın rəisi istefa ərizəsini yazdığını söyləyib: "Vallah, mən daha futbolda qalmaq istəmirəm. Götürün, kadrlara baxın. Hər şey lentə alınıb. İstefa ərizəmi oyundan dərhal sonra rəhbərliyə təqdim etmişəm. Uğurumuza kölgə salmaqdan zövq alanlarla psixoloji müharibə aparmaqdan yorulmuşam". (Fanat.az)

AzNews.az
Bağla X