- Köhnə - İdman
- 9 İyun 2013 09:17
- 1 723
21 milyon avronu qazana bilmədi
Dünyanın bir nömrəli tennisçisi amerikalı Serena Uilyams Fransanın tennis üzrə qadınlar arasında açıq çempionatının (Roland Garros) qalibi olub.
Iyunun 8-də Parisdə keçirilən həlledici oyunda S.Uilyams turnirin öətnilki qalibi, dünya ikincisi, rusiyalı Mariya Şarapovanı 2:0 hesabı ilə (6:4, 6:4) məğlub edib.
Final oyun 1 saat 46 dəqiqə sürüb.
Qeyd edək ki, bu, Serena Uilyamsın "Böyük dəbilqə" turnirlərində 16-cı, "Roland Garros" yarışmasında isə ikinci qələbəsidir.. O, ilk dəfə 2002-ci ildə "Roland Garros" turnirinin qalibi olub.
Onu da xatırlayaq ki, "Roland Garros" turnirinin bu ilki mükafat fondu 21 milyon 17 min avrodur.
AzNews.az